Xəzər Xəbər

İngiltərədə ekoaktivistlər mitinq təşkil ediblər

Dünya | 16:09 • 5 Sentyabr 2020
İngiltərədə ekoaktivistlər mitinq təşkil ediblər

İngiltərədə ekoaktivistlər mitinq təşkil ediblər. Onlar Liverpul şəhərində yerləşən üç mətbəəyə girişin qarşısını kəsərək qəzetlərin paylanmasını gecikdiriblər.


Ekoaktivistlər hökuməti iqlim dəyişikliyi ilə bağlı lazımi tədbirlər görməyə çağırıblar. Etirazçılardan 63 nəfər həbs edilib.


Qəzetlər gecikmələrə görə oxuculardan üzr istəyiblər.

Xəbər lenti

Çox oxunanlar