Xəzər Xəbər

İranda daha 110 nəfər koronavirusdan ölüb

Dünya | 15:20 • 5 Sentyabr 2020
İranda daha 110 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 110 nəfər koronavirusdan (COVID-19) ölüb.


Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, bununla da İranda bu virusdan ölənlərin sayı 22154 nəfərə yüksəlib.


Ötən 24 saat ərzində 1894 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 384666 nəfərə çatıb. Virus daşıyıcılarından 3708 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


İranda indiyədək 332131 nəfər koronavirusdan sağalıb.

Xəbər lenti

Çox oxunanlar