Xəzər Xəbər

Ukraynada koronavirusa yoluxma ilə bağlı daha bir antirekord qeydə alınıb

Dünya | 13:37 • 5 Sentyabr 2020
Ukraynada koronavirusa yoluxma ilə bağlı daha bir antirekord qeydə alınıb

Ukraynada son sutkada koronavirusa yoluxma hallarında yeni antirekord qeydə alınıb.


Ukrayna Səhiyyə Nazirliyi xəbər yayıb ki, bu ölkədə son sutkada 2836 nəfər koronavirusa yoluxub, 50 nəfər isə dünyasını dəyişib. Bundan öncə koronavirusa yoluxma faktı sutkalıq 2723 nəfəri keçməmişdi. Ən çox yoluxma Kiyev, Xarkov, Odessa, Ternopl, Lvov vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 133 min 787 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 2811 nəfərdir, 61 min 649 xəstə isə sağalaraq evə buraxılıb.


Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.

Xəbər lenti