Xəzər Xəbər

Rusiya Ukraynanın sabiq prezidentinə qarşı sanksiya tətbiq edib

Dünya | 09:21 • 5 Sentyabr 2020
Rusiya Ukraynanın sabiq prezidentinə qarşı sanksiya tətbiq edib

Rusiya hökumət Ukraynaya qarşı fərdi sanksiyaları genişləndirib.


Xezerxeber.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə məlumat federal hüquqi informasiya portalında yerləşdirilib.


Siyahıya sabiq prezident Petro Poroşenko da əlavə edilib.


Qeyd edək ki, 2018-ci ilin noyabrında rəsmi Moskva Ukraynadan olan 300-dən çox fiziki və 68 hüquqi şəxsə qarşı xüsusi iqtisadi sanksiyalar tətbiq etmişdi. Siyahıya daha sonra bir çox tanınmış siyasətçilər və o dövrdə vəzifədə olan məmurlar (Daxili İşlər naziri Arsen Avakov, Müdafiə naziri Stepan Poltorak və s.) daxil edilib.


Sanksiya adları siyahıda olan fiziki və hüquqi şəxslərə məxsus əmlakın bloklanmasını, o cümlədən kapitalın Rusiya ərazisindən ölkə xaricinə çıxarılmasına qadağanı nəzərdə tutur.

Xəbər lenti

Çox oxunanlar