Xəzər Xəbər

ABŞ-ın koronavirusa qarşı vaksini oktyabrda hazır ola bilər

Dünya | 09:16 • 5 Sentyabr 2020
ABŞ-ın koronavirusa qarşı vaksini oktyabrda hazır ola bilər

ABŞ-ın yeni növ koronavirusa (COVİD-19) qarşı vaksini son kliniki sınaqlardan keçə və oktyabr ayında hazır ola bilər.


Xezerxeber.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evdə mətbuat konfransı zamanı ABŞ prezidenti Donald Tramp deyib.


D.Tramp bildirib: "Bu ilin sonuna, bəlkə də noyabrın 1-dək vaksinin hazırlanması üzrə plana uyğun hərəkət edirik. Düşünürük ki, biz vaksini hətta oktyabr ayında da əldə edə bilərik".


ABŞ prezidenti koronavirusa qarşı vaksin hazırlayan əsasə şirkətlər arasında "Pfizer", "Johnson & Johnson" və "Moderna" şirkətlərini qeyd edib.

Xəbər lenti

Çox oxunanlar