Xəzər Xəbər

ABŞ ÜST-dən bu tarixdə ayrılacaq

Dünya | 16:31 • 4 Sentyabr 2020
ABŞ ÜST-dən bu tarixdə ayrılacaq

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) ayrılacağı tarix məlum olub.


Bununla bağlı ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisindəki daimi nümayəndəliyi bəyanat yayıb.


Bəyanatda bildirilib ki, ABŞ 2021-ci ilin 6 iyul tarixində ÜST-dən ayrılacaq.


Səbəb kimi ÜST-ün yeni tip koronavirusa (COVID-19) və digər qlobal böhranlara qarşı tədbirlər görə bilməsi göstərilir.

Xəbər lenti

Çox oxunanlar