Xəzər Xəbər

Abbasdan ABŞ-a ETİRAZ – O masaya oturmayacağıq

Dünya | 15:19 • 4 Sentyabr 2020
Abbasdan ABŞ-a ETİRAZ –

Fələstin Prezidenti Mahmud Abbas ABŞ-ın elan etdiyi "Yüz ilin anlaşması” planına qarşı çıxdığını və bu müqavilə əsasında heç bir danışıqlar masasına oturmayacağını bildirib.


O həmçinin, heç kəsin Fələstinin adından danışmağa haqqının olmadığını deyib.


M.Abbas BMT-nin təşəbbüsü ilə İsrail ilə görüşməyə hazır olduqlarını bildirərək ilhaqı qəbul edənləri vətən xaini elan etdiyini vurğulayıb.



O, ərəb ölkələrinə Fələstinə kömək etməmələri üçün təzyiq göstərildiyini söyləyib.


1948-ci il hadisələrinin təkrarlanmayacağını deyən Abbas parçalanmaya son qoymaq üçün Fəth və Həmas hərəkatlarını da dialoqa çağırıb./Publika.az

Xəbər lenti

Çox oxunanlar