Xəzər Xəbər

Nigeriyada silahlılar 10 xüsusi təyinatlını öldürdü

Dünya | 15:12 • 4 Sentyabr 2020
Nigeriyada silahlılar 10 xüsusi təyinatlını öldürdü

Nigeriyada "Boko Haram” terror qruplaşmasının silahlıları azı 10 hərbçini öldürüb.


"Qazeta.ru” xəbər verir ki, bu barədə "Vanqard” qəzeti yazıb.


"10 xüsusi təyinatlını itirdik, yaraqlılar bizi qəfildən yaxaladı”, - hərbi mənbə bildirib.


Qeyd olunur ki, Borno ştatında Qarin Qiva qəsəbəsi yaxınlığında "Boko Haram” terrorçuları ilə döyüş, təxminən, yarım saat davam edib. Yaraqlılar silahlarla dolu iki yük maşınını ələ keçirib. Yaralılar xəstəxanaya çatdırılıb./report

Xəbər lenti

Çox oxunanlar