Xəzər Xəbər

Avtomobilin etirazçıların üzərinə sürülməsi nəticəsində üç nəfər xəsarət alıb

Dünya | 12:51 • 4 Sentyabr 2020
Avtomobilin etirazçıların üzərinə sürülməsi nəticəsində üç nəfər xəsarət alıb

ABŞ-ın Nyu-York şəhərində avtomobil "Times Square” meydanında keçirilən "Black Lives Matter” etiraz aksiyası iştirakçılarının üzərinə sürülüb. Hadisə nəticəsində üç nəfər yüngül xəsarət alıb.


"New York Daily News” qəzeti xəbər verir ki, Roçester şəhərində Afrika əsilli amerikalının polis tərəfindən qətlə yetirilməsindən sonra "irqi ədalət” tələbi ilə aksiyada iştirak edən 300-ə yaxın etirazçı velosipedlərdən sədd quraraq hərəkəti dayandırmağa çalışıb.


Yerli polis idarəsinin məlumatına görə, "Ford Taurus” markalı avtomobilin sürücüsü səddə yaxınlaşaraq dayanıb, sonra isə avtomobili etirazçı kütləsinin üzərinə sürərək üç velosipedçini yaralayıb.


Hüquq-mühafizə orqanları sükan arxasında oturan şəxsin ABŞ Prezidenti Donald Trampın tərəfdarı olduğunu bildirib. Hazırda insidentlə bağlı təhqiqat başlayıb.


Artıq üçüncü aydır ki, Portlend şəhərində də etiraz aksiyaları və iğtişaşlar səngimək bilmir. Hüquq-mühafizə orqanları müxtəlif vaxtlarda aksiyaları qiyam adlandırıb və həbslər həyata keçirib.

Xəbər lenti