Xəzər Xəbər

Almaniyada karantin müddətini azaltmaq təklif edilib

Dünya | 11:55 • 4 Sentyabr 2020
Almaniyada karantin müddətini azaltmaq təklif edilib

AFR alimləri COVID-19-a yoluxması ehtimal edilən insanlar üçün özünütəcrid müddətini iki həftədən azaldaraq 5 günə endirməyi təklif ediblər.


Həmin alimlər bu təklifi yoluxmuş insanın "beş gün təhlükəli olması” nəzəriyyəsinin şübhə doğurması ilə izah edirlər.


Aİ üzvü olan ölkələrin çoxunun hökumətləri koronavirusun növbəti dalğası yaranacağı halda məktəblərin və müəssisələrin yenidən bağlanmasını istəmirlər. Görünür, bu səbəbdən onlar alimlərin fikri ilə hesablaşırlar. Artıq, özünütəcrid müddətinin ilk beş günü ərzində testləşdirmə aparılmasını tövsiyə etmirlər. Bunun əvəzinə yalnız həmin müddətdən sonra test verməyi məsləhət görürlər. Bu halda yoluxma ehtimalını və ətrafdakılar üçün potensial təhlükəni təsdiq etmək olar.


Koronavirusun birinci dalğası dövründə əsasən orta yaşlı və ahıl insanlar yoluxur, çox vaxt bu adamlar xəstəxanaya aparılırdı. İndi isə əsasən gənclər xəstələnir və onlarda xəstəlik çox vaxt simptomsuz keçir.

Xəbər lenti

Çox oxunanlar