Xəzər Xəbər

Mal-qarada təhlükəli infeksiya aşkar edilib

Dünya | 10:28 • 4 Sentyabr 2020
Mal-qarada təhlükəli infeksiya aşkar edilib

Rusiyanın Xabarovsk vilayətində inəklərdə yoluxucu nodulyar dermatit xəstəliyi aşkar edilib.


Yoluxma fermaların birində 3 baş inəkdə aşkar edilib.


Bu təhlükəli infeksiyanın qarşısının alınması üçün bölgədəki iribuynuzlu mal-qaranın peyvəndlənməsi qərara alınıb. Peyvəndlənmə Xabarovskda 3 minədək mal-qaranı əhatə edəcək.


Qeyd edək ki, nodulyar dermatit xəstəliyi qansoran həşəratlar tərəfindən keçir və hava-damcı yolu ilə digər heyvanlara yoluxa bilir. Xəstəlik özü ölümcül olmasa da, xəstə inəklərin südünün məhv edilməsi tövsiyə olunur.

Xəbər lenti

Çox oxunanlar