Xəzər Xəbər

Yaponiyada zəlzələ baş verib, xəsarət alanlar var

Dünya | 09:18 • 4 Sentyabr 2020
Yaponiyada zəlzələ baş verib, xəsarət alanlar var

Avqustun 4-də Yaponiyanın mərkəzi hissəsində baş vermiş 5 bal gücündə zəlzələ nəticəsində xəsarət alanlar var.


Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Bildirilir ki, yeraltı təkanların episentri Fukui prefekturasının Yapon dənizi sahillərində, ocağı 10 kilometr dərinlikdə yerləşib.


Kyodo agentliyini yaydığı məlumata görə, zəlzələnin əmələ gətirdiyi titrəyişlər nəticəsində yıxılan iki yaşlı körpə və 80 yaşlı qadın müxtəlif dərəcəli xəsarət alıblar.


Bununla yanaşı, ərazidə yerləşən atom elektrik stansiyasında ştatdankənar vəziyyətin qeydə alınmadığı bildirilir. Sunami xəbərdarlığı elan edilməyib. 

Xəbər lenti

Çox oxunanlar