Xəzər Xəbər

Ermənistanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ 38 nəfər öldü

Dünya | 16:14 • 3 Sentyabr 2020
Ermənistanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Ermənistanda 31 avqust-3 sentyabr tarixlərində spirtli içkidən zəhərlənənlərin sayı artıb.


Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti bu müddət ərzində 38 nəfərin zəhərlənərək öldüyünü bildirib.


Onlardan ikisi Armavir bələdiyyəsinin işçiləridir.


Zəhərlənmə hadisələrinin əksəriyyəti Armavir bölgəsində və Ermənistanın paytaxtında qeydə alınıb.


Bundan əvvəl Armavir Regional İstintaq İdarəsində Ermənistan Cinayət Məcəlləsinin 279-cu maddəsinin 3-cü hissəsi (malların sərbəst buraxılması və ya satışı, işin yerinə yetirilməsi və ya təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər göstərilməsi) ilə cinayət işi başlanmışdı./Publika.az

Xəbər lenti