Xəzər Xəbər

Britaniyada evlərin qiyməti tarixi maksimuma çatdı

Dünya | 14:52 • 3 Sentyabr 2020
Britaniyada evlərin qiyməti tarixi maksimuma çatdı

Böyük Britaniyada mənzillərin qiyməti tarixi maksimum səviyyəyə çatıb, bu, 2004-cü ildən bəri ən yüksək artımdır.


Bu barədə "RİA Novosti” "Nationwide Building Society” şirkətinin məlumatlarına istinadən xəbər verir.


2020-ci ilin avqust ayında mənzillərin qiyməti aylıq ifadədə 2 faiz artıb və bu, son 16 ilin ən yüksək göstəricisi olub. İllik ifadədə bu göstərici 3,7 faiz artıb. Şirkətin məlumatına görə, Britaniyda yaşayış mülklərinin orta dəyəri 224,1 min funt sterlinq təşkil edib.


Mütəxəssislər buna səbəb olaraq möhür vergisi üzrə bu yaxınlarda elan edilmiş vergi tətillərini və koronavirus pandemiyası səbəbindən təxirə salınmış tələbi göstərirlər. Belə ki, karantinlə əlaqədar olaraq respondentlərin təxminən 15%-i yaşayış yerini dəyişdirməyə qərar verib.


Bəzi analitiklər bu tendensiyanın gələcəkdə də davam edəcəyini düşünür, digərləri isə Britaniya bazarında vəziyyətin pisləşəcəyini gözləyirlər. Pandemiyanın nəticələri və tətbiq edilən dövlət dəstəyi proqramları bu məsələdə rol oynaya bilər. Belə ki, bu amillər yaxın rüblərdə mənzillərlə əlaqəli fəallığın azalmasında öz əksini tapa bilər.

Xəbər lenti

Çox oxunanlar