Xəzər Xəbər

Trampdan 4 şəhərlə bağlı ŞOK MEMORANDUM

Dünya | 14:31 • 3 Sentyabr 2020
Trampdan 4 şəhərlə bağlı

ABŞ prezidenti Donald Tramp 4 şəhərin federal büdcəsini ləğv edir.


O, bu barədə müvafiq memorandum imzalayıb.


Sənədə əsasən, Nyu York, Vaşinqton, Sietl və Portlandın federal fondları ləğv olunacaq.


Prezidentin sözlərinə görə, bu şəhərlərin rəhbərləri anarxiya, zorakılıq və separatçılın qarşısını almırlar: "Mənim rəhbərliyimdə federal vergilərdən gələn gəlirin qanunsuzluq bölgələrinə çevrilməsinə imkan verən şəhərlərin maliyyələşdirilməsinə icazə verilməyəcək”.


Memorandum çərçivəsində ABŞ-ın Baş prokuroru Uilyam Barra qanun və asayişi bərpa etmək üçün şiddətə və əmlakın məhvinə imkan verən və lazımi tədbirlər görməkdən imtina edən anarxist yurisdiksiyaların siyahısını hazırlamağı əmr edib.


Qeyd edək ki, sözügedən şəhərlər Demokratlar Partiyasının idarəçiliyindədir. Onlar daha əvvəl Ağ Ev rəhbərinin kütləvi etirazların yatırılmasında Milli Qvardiyadan istifadə edilməsi barədə təkliflərini rədd etmişdilər.


Xatırladaq ki, afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində öldürülməsindən sonra ABŞ-da kütləvi etiraz aksiyaları baş qaldırmış, Ağ Ev iğtişaşları yatırmaq üçün Milli Qvardiyanı aksiya ocaqlarına yeritmək qərarı almışdı./Publika.az

Xəbər lenti

Çox oxunanlar