Xəzər Xəbər

Ceff Bezosun keçmiş həyat yoldaşı dünyanın ən zəngin qadını oldu

Dünya | 13:04 • 3 Sentyabr 2020
Ceff Bezosun keçmiş həyat yoldaşı dünyanın ən zəngin qadını oldu

Dünyanın ən zəngin adamı, ABŞ-ın "Amazon" korporasiyasının rəhbəri Ceff Bezosun keçmiş həyat yoldaşı Makenzi Skot dünyanın ən zəngin qadını oldu. Onun hazırkı sərvəti 68 mlrd. ABŞ dolları təşkil edir.


Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.


Milyarder xanım 66,8 mlrd. dollar sərvətə malik olan "L'Oreal" kosmetika şirkətinin sahibi Bettankur-Mayersi qabaqlayaraq birinci pilləyə yüksəlib. Bununla da, iyulda M. Skot ABŞ-ın ən zəngin qadını statusuna yiyələnib.


Qeyd edək ki, Skot ötən ilin iyul ayında Ceff Besozdan boşandıqdan sonra dünyanın ən böyük onlayn pərakəndə satış platforması sayılan "Amazon"un 4%-nə sahib oldu. Rəsmi boşanma zamanı səhmlərin qiyməti 38,3 mlrd. dollara bərabər olsa da, pandemiya dövründə kəskin artım qeydə alınıb.


Xatırladaq ki, Ceff Bezosun özünün hazırkı sərvəti 207 mrld. dollardır. O, bu cür statistikanın aparıldığı müddət ərzində sərvəti 200 mlrd. dolları ötən ilk insan oldu.

Xəbər lenti

Çox oxunanlar