Xəzər Xəbər

İnanılmaz! COVID-19 xəstəsi rekord vurdu

Dünya | 18:14 • 2 Sentyabr 2020
İnanılmaz!

Adı çəkilməyən xəstə səhiyyə sisemində işləyir. Martda onda COVID-19-un yüngül simptompları yaranıb. Bundan sonra o, karantində, evdə qalıb və beş aydan sonra işinin başına dönüb



Braziliyada beş ay müddətində COVID-19 daşıyıcısı olan pasiyent aşkarlanıb.



Bu barədə O Globo qəzeti Rio-de-Janeyronun Federal Universitetinin molekulyar virusologiya laboratoriyasına istinadən yazıb. 



Söhbət 152 gün müddətində yoluxmuş, özü heç bir əlamət hiss etməyən, amma başqalarını yoluxdurmağa qadir olan qadından gedir.



"Bu, dünyada virusun insan bədənində qalmasının sənədləşdirilmiş ən uzun sürəyidir. Həmçinin bu hal pandemiyanın yayılmasında simptomsuz xəstəliyin necə rol oynadığının göstəricisidir”, - nəşr qeyd edir. 

Adı çəkilməyən xəstə səhiyyə sisemində işləyir. Martda onda COVID-19-un yüngül simptompları yaranıb. Bundan sonra o, karantində, evdə qalıb və beş aydan sonra işinin başına dönüb.



Tədqiqatçılar 3000 insanın molekulyar testdən keçiriblər. Onların bəziləri heç bir əlamət hiss etməsələr də bir neçə gün ərzində virus daşıyıcısı olublar./Sputnik Azərbaycan

Xəbər lenti