Xəzər Xəbər

Kuba yenidən sərt karantin rejiminə keçdi

Dünya | 15:34 • 2 Sentyabr 2020
Kuba yenidən sərt karantin rejiminə keçdi

Kubanın paytaxtı Havanada 15 sentyabra qədər sərt karantin rejiminin tətbiqinə başlanıb.


Koronavirusa yoluxmada sürətli artımın qeydə alınmasından sonra hökumət bu addımı atıb.


Qərar çərçivəsində paytaxtda bütün ticarət fəaliyyətləri məhdudlaşdırılıb. Fərdi avtomobillərin hərəkətinə 05.00-19.00 saatları arasında icazə verilir.


Paytaxtda sadəcə qida və gigiyena məhsullarının alış-verişinə icazə veriləcək.


Qeyd edək ki, Kubanın 12 milyon əhalisi var. Bu günədək ölkədə 4 min 65 nəfər koronavirusa yoluxub, 95 nəfər ölüb./Publika.az

Xəbər lenti

Çox oxunanlar