Xəzər Xəbər

Batumidə epidemioloji vəziyyət pisləşdi

Dünya | 14:39 • 2 Sentyabr 2020
Batumidə epidemioloji vəziyyət pisləşdi

Gürcüstanda son sutka ərzində təsdiqlənən koronavirusa 38 yeni yoluxma halının 22-si Batumidə qeydə alınıb.


Ölkənin baş naziri Giorgi Qaxaria şəhərdə epidemioloji vəziyyətin pisləşdiyini bildirib.


Onun sözlərinə görə, Batumidə xüsusi karantin rejiminin elan olunması və şəhərə giriş-çıxışın bağlanılması müzakirə olunmur.


Qeyd edək ki, 22 yeni yoluxma halı şəhərdə fəaliyyət göstərən şirniyyat evlərindən biri ilə bağlıdır. Batumidə bulvar ərazisində koronavirus testlərinin aparıldığı çadırlar qurulub. Bununla yanaşı şəhərin 5 poliklinikasında ödənişsiz COVID-19 testləri həyata keçiriləcək./Report

Xəbər lenti