Xəzər Xəbər

Türkiyədə daha üç terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub

Dünya | 11:47 • 2 Sentyabr 2020
Türkiyədə daha üç terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub

Türkiyə Daxili İşlər Nazirliyinin və Jandarma Baş Komandanlığının təbliğat işləri nəticəsində ölkənin Şırnak bölgəsində daha üç terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.


Xezerxeber.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin bu barədə məlumatında terrorçuların altı ilə əvvəl təşkilatın sıralarına qoşulduqları və İraqda fəaliyyət göstərdikləri müəyyən edilib.


Bununla da ilin əvvəlindən sırf təbliğat işləri nəticəsində təslim olan terrorçuların sayı 144-ə çatıb.

Xəbər lenti

Çox oxunanlar