Xəzər Xəbər

Ermənistanda koronavirusdan ölənlərin sayı 884 nəfərə çatıb

Dünya | 11:32 • 2 Sentyabr 2020
Ermənistanda koronavirusdan ölənlərin sayı 884 nəfərə çatıb

Ermənistanda son sutka ərzində 197 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.


"Sputnik Armenia”nın verdiyi məlumata görə, bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 44075 nəfərə çatıb.


Ermənistanda son sutkada daha 3 nəfər koronavirusdan ölüb və xəstəlikdən ölənlərin sayı 884 nəfərə çatıb.

Xəbər lenti

Çox oxunanlar