Xəzər Xəbər

Ukraynada koronavirusa yoluxma hallarında yeni antirekord

Dünya | 10:57 • 2 Sentyabr 2020
Ukraynada koronavirusa yoluxma hallarında yeni antirekord

Ukraynada son sutkada koronavirusa yoluxma hallarında yeni antirekord qeydə alınıb.


Ukrayna Səhiyyə Nazirliyi xəbər yayıb ki, bu ölkədə son sutkada 2495 nəfər koronavirusa yoluxub, 51 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma Kiyev, Xarkov, Lvov, Odessa vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 125 min 798 nəfərə çatıb. Koronavirusdan ölənlərin ümumi sayı 2656 nəfərdir, 58 min 817 xəstə isə sağalaraq evə buraxılıb.


Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.

Xəbər lenti