Xəzər Xəbər

100 minə yaxın sakin “Maysak” tufanına görə təxliyə xəbərdarlığı alıb

Dünya | 09:38 • 2 Sentyabr 2020
100 minə yaxın sakin “Maysak” tufanına görə təxliyə xəbərdarlığı alıb

"Maysak” tufanının Yaponiyanın cənub-qərbində yerləşən Kyuşü adasına yaxınlaşması nəticəsində 100 minə yaxın sakinə təxliyə xəbərdarlığı göndərilib.


AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, həmin adada yerləşən Naqasaki prefekturasının rəhbərliyi təqribən 20 min, Oita prefekturasının administrasiyası isə 70 min sakinin təxliyəyə hazır olması barədə xəbərdarlıq yayıb.


Tufanın əmələ gətirdiyi güclü külək səbəbindən aviaşirkətlər 119 daxili reysin təxirə salındığını elan ediblər. Cədvəldə dəyişikliklər əsasən Kaqoşima və Okinava prefekturalarında yerləşən aeroportlarda aparılıb.


Bununla yanaşı, güclü külək nəticəsində müxtəlif konstruksiyaların aşması səbəbindən ən azı səkkiz nəfərin xəsarət aldığı da bildirilir.


Hazırda Çin istiqamətində hərəkət edən tufanın mərkəzində küləyin sürətinin saniyədə 45 metrə çatdığı qeyd edilir.

Xəbər lenti