Xəzər Xəbər

Türkiyə XİN: Avstriya rəsmilərinin əsassız iddialarını rədd edirik

Dünya | 09:23 • 2 Sentyabr 2020
Türkiyə XİN: Avstriya rəsmilərinin əsassız iddialarını rədd edirik

"Avstriya rəsmilərinin ölkəmiz haqqında ortaya atdıqları əsassız iddialarını rədd edirik”.


Bunu Türkiyə Xarici İşlər nazirinin sözçüsü Hami Aksoy bildirib.


H.Aksoy deyib ki, Avstriyada Türkiyə adına cəsusluq edildiyinə dair iddialar Türkiyə ictimaiyyəti, eləcə də bu ölkədə yaşayan Türkiyə toplumunda təəssüf hissi yaradır və münasibətlərin korlanmasına gətirib çıxarır: "Avstriya hökumətinin qeyri-ciddi reflekslərlə ölkəmizi ittiham edən nəticələr çıxarmasını heyrətlə qarşılayırıq”.


Diplomat bildirib ki, Türkiyə XİN rəsmi Avstriyanı ölkəsi üzərindən süni gündəm yaradıb bunun arxasınca getməkdənsə, dövlətin təqdiri və ləyaqəti ilə hərəkət edərək səmimi əməkdaşlığa dəvət edir.


Qeyd edək ki, dünən Avstriya Daxili İşlər naziri "Türkiyə Avstriyanı bölmək istəyir” iddiası ilə bu ölkədə türk casusun tutulduğunu bildirib. Lakin "casus” deyilən şəxsin kimliyi açıqlanmayıb.

Xəbər lenti