Xəzər Xəbər

Proqnoz: Bu il Rusiya əhalisi azalacaq

Dünya | 16:33 • 1 Sentyabr 2020
Proqnoz: Bu il Rusiya əhalisi azalacaq

2020-ci ildə Rusiya əhalisi təxminən 158 min nəfər azalacaq. Bu, ötən ilki azalmadan 5 dəfə çoxdur.


Bu barədə Rusiya hökumətinin 2024-cü ilədək milli inkişaf məqsədlərinə nail olmaq üzrə vahid planın layihəsində deyilir.


Bu azalma 2006-cı ildən sonra qeydə alınan ən yüksək göstərici olacaq. Mütəxəssislərin fikrincə, bu, koronavirus pandemiyası və miqrantların ölkəni tərk etməsi ilə bağlıdır.



2018-ci ildə Rusiyada əhali 99,7 min nəfər, 2019-cu ildə, 32,1 min nəfər azalmışdı.


2006-cı ildə isə əhalinin azalma göstəricisi 373,9 min nəfərə bərabər olmuşdu./trend

Xəbər lenti

Çox oxunanlar