Xəzər Xəbər

Ermənistan ordusunun daha bir hərbçisi istintaqa cəlb edilib

Dünya | 14:22 • 1 Sentyabr 2020
Ermənistan ordusunun daha bir hərbçisi istintaqa cəlb edilib

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunan yaşayış məntəqələrindən birində yerləşdirilən bölmələrində xidmət edən hərbi qulluqçu A.Antoyan mülki şəxsi döydüyünə görə istintaqa cəlb edilib.


Xezerxeber.az erməni KİV-lərinə istinadla xəbər verir ki, hərbi qulluqçu komandirindən icazə alaraq Madagiz yaşayış məntəqəsinə gedib. Hərbçi Buradakı kafelərdən birində nahar edərkən xeyli miqdarda spirtli içki qəbul edib. Sərxoş halda olan A.Antoyan kafedə çalısan qadına qarşı nalayiq sözlər işlədib və əxlaqsız hərəkətlərə yol verib. Nəticədə kafeni işlədən şəxslə hərbi qulluqçu arasında başlayan mübahisə sonda davaya çevrilib. Nəticədə A.Antoyan mülki şəxsi döyərək ona müxtəlif xəsarətlər yetirib.


Qadının və kafenin sahibinin şikayəti əsasında cinayət işi açılıb və erməni hərbçisi istintaq cəlb edilib. Onlar öz şikayətlərini geri götürməyəcəkləri təqdirdə A.Antoyanı 4 il müddətinə həbs cəzası gözləyir.

Xəbər lenti