Xəzər Xəbər

Livanın yeni Baş naziri bəlli oldu

Dünya | 16:10 • 31 Avqust 2020
Livanın yeni Baş naziri bəlli oldu

Livanın yeni Baş naziri bəlli olub.


"France 24"ün verdiyi xəbərə görə, Livan Prezidenti Mişel Aun namizədliyi irəli sürülən Mustafa Adibi Baş nazir postuna təsdiqləyib.


Mustafa Adib rəsmi məsləhətləşmələrdə Livan parlamentinin 66 parlamentarisinin də dəstəyini qazanıb.


Livan parlamentində adətən 128 parlamentari təmsil olunur, lakin avqustun 4-də Beyrut limanında baş verən partlayışdan sonra 8 parlamentari istefa verib.


2013-cü ildən Livanın Almaniyadakı səfiri olan Mustafa Adibinin bu posta namizədliyini Livanın keçmiş Baş naziri və ölkənin ən böyük sünni partiyasının lideri Saad əl-Həriri, Hizbullah hərəkatı və Valid Cumblattın lideri olduğu Proqressiv Sosialist Partiyası da dəstəkləyib.


Xatırladaq ki, avqustun 4-də Beyrut limanında baş verən partlayışdan sonra hökumətin istefasını tələb edən kütləvi aksiyalar keçirilmiş və beləliklə Livan hökuməti istefa vermişdi./apa

Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024