Xəzər Xəbər

Gürcüstanın Müdafiə naziri Dursun Həsənovu qəbul edib

Dünya | 14:14 • 31 Avqust 2020
Gürcüstanın Müdafiə naziri Dursun Həsənovu qəbul edib

Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili Azərbaycan Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovu səlahiyyət müddətinin başa çatması münasibəti ilə qəbul edib.


Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, görüş zamanı İ. Qaribaşvili Gürcüstanda olduğu müddətdə iki ölkə arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirdiyinə və inkişaf etdirdiyinə görə azərbaycanlı diplomata təşəkkür edib.


"Görüşdə bölgədə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün möhkəm əsas olan Azərbaycanla strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb. Həmçinin müdafiə sahəsində ikitərəfli və üçtərəfli əməkdaşlığın formatı, habelə hərbi təhsil və təlim sahəsindəki əlaqələrin əhəmiyyəti müzakirə edilib. Görüşün sonunda İrakli Qaribashvili səmərəli fəaliyyətinə görə bir daha Azərbaycan səfirinə təşəkkür edib və gələcək işlərində uğurlar arzulayıb",- deyə məlumatda qeyd olunub. (APA)

Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024