Xəzər Xəbər

Türkiyədə yeni tədris ili başlayıb

Dünya | 10:48 • 31 Avqust 2020
Türkiyədə yeni tədris ili başlayıb

Türkiyədə 2020-2021 tədris ilinə başlanılıb.


Türkiyənin təhsil naziri Ziya Səlcuq Ankaradakı Muazzez Karaçay ibtidai məktəbində yeni dərs ilinin ilk zəngini simvolik olaraq çalıb.


Nazir bildirib ki, sentyabrın 18-dək dərslər distant şəkildə davam edəcək.


Sentyabrın 21-də məktəblərin açılması üçün hazırlıqla əlaqədar müəyyənləşdirilmiş siniflərdə xüsusi hazırlanmış proqramlarla dərslər keçiləcək.


Daha sonra Türkiyə Səhiyyə Nazirliyi nəzdində yaradılmış Elm Qurumunun tövsiyəsinə uyğun olaraq məktəblərin açılması gözlənilir.

Xəbər lenti

Çox oxunanlar