Xəzər Xəbər

Gürcüstanın Seçki Məcəlləsinə dəyişikliklər ediləcək

Dünya | 22:54 • 30 Avqust 2020
Gürcüstanın Seçki Məcəlləsinə dəyişikliklər ediləcək

Gürcüstanın Seçki Məcəlləsinə yeni dəyişikliklər ediləcək. Dəyişikliklər cari il oktyabrın 31-də Gürcüstanda keçiriləcək parlament seçkilərində majoritar qaydada iştirak edəcək namizədlər üçün ikinci turun təşkili ilə bağlıdır.


Parlamentə təqdim olunan qanun layihəsi avqustun 31-də qanunverici orqanın büro iclasında müzakirəyə çıxarılacaq.


Dəyişikliyə əsasən, seçkilərin nəticələri ilə əlaqədar zərurət yarandıqda səsvermənin ikinci turu əvvəlki kimi, 25 gündən sonra deyil, ilk səsvermədən sonrakı üçüncü həftənin şənbə günü keçiriləcək. İkinci tur isə birinci turda 50 faizdən az, lakin namizədlər arasında ən yaxşı nəticə göstərən iki şəxs arasında keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar