Xəzər Xəbər

Gürcüstan parlamentinin sədri özünü cəmiyyətdən təcrid edib

Dünya | 18:25 • 30 Avqust 2020
Gürcüstan parlamentinin sədri özünü cəmiyyətdən təcrid edib

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze koronavirus təhlükəsi ilə əlaqədar özünütəcrid rejiminə keçib.


Buna onun şəxsi mühafizəçisində koronavirusun aşkar edilməsi səbəb olub.


Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatında deyilir ki, şəxsi mühafizəçidə COVID-19 virusu təsdiqləndikdən sonar digər şəxslərlə yanaşı, A.Talakvadze və onun ailə üzvləri də testdən keçiriliblər. Nəticələr neqativ olsa da A.Talakvadze epidemioloji təhlükəsizlik baxımından özünütəcrid rejiminə keçib.

Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024