Xəzər Xəbər

Türkiyədə sel fəlakətində ölənlərin sayı 10-a çatıb

Dünya | 17:14 • 30 Avqust 2020
Türkiyədə sel fəlakətində ölənlərin sayı 10-a çatıb

Türkiyənin Giresun vilayətində baş verən sel fəlakətində ölənlərin sayı 10 nəfərə yüksəlib.


Bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.


Nazir deyib ki, xilasedici qüvvələr sel sularında itkin düşən 5 nəfərin fasiləsiz axtarışlarını davam etdirir.


Qeyd edək ki, Giresunun Dereli rayonunda avqustun 22-i yerlii vaxtla saat 15.00-dan başlayan leysan yağışları nəticəsində Aksu çayı daşaraq sel və sürüşmə fəlakətinə səbəb olub.

Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024