Xəzər Xəbər

Tramp İraqdakı hərbçilərin sayının azaldılmasını təsdiqlədi

Dünya | 10:44 • 30 Avqust 2020
Tramp İraqdakı hərbçilərin sayının azaldılmasını təsdiqlədi

ABŞ prezidenti Donald Tramp şənbə günü Amerika səlahiyyətlilərinin İraqdakı əsgər sayını azaltmaq barədə planlarını dəstəkləyib.


Bu barədə Tramp "Twitter” hesabında yazıb.


"ABŞ İraqdakı hərbi mövcudluğunu azaltmağı planlaşdırır” deyə, o yazıb


ABŞ İraqda təxminən 5 200 hərbi qulluqçu saxlayır. Tramp adminstrasiyası qoşunların sayını 3 500-ə endirmək istəyir.


Qeyd olunub ki, amerikalı hərbçilərin sayının azaldılmasına səbəb İŞİD-dən gələn təhlükənin aradan qaldırılması istiqamətində əhəmiyyətli irəliləyişin əldə olunmasıdır.


Xatırladaq ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqda terrorçulara qarşı 2014-cü ildən bəri əməliyyat keçirir.

Xəbər lenti

Çox oxunanlar