Xəzər Xəbər

Dünyada koronavirusdan ölənlərin sayı 846 757 nəfərə çatıb

Dünya | 09:49 • 30 Avqust 2020
Dünyada koronavirusdan ölənlərin sayı 846 757 nəfərə çatıb

Dünyada COVID-19 virusuna yoluxanların sayı 25 milyon nəfəri ötüb.


Worldometer saytı xəbər verir ki, dünyada sutka ərzində 7 mindən çox yoluxma halı aşkarlanıb, 778 nəfər həyatını itirib.


Saytın son məlumatına əsasən, hazırda dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayı 25 164 818 nəfərə, ölənlərin sayı isə 846 757 nəfərə çatıb. Eyni zamanda, 17,5 mindən çox insan COVID-19 xəstəliyindən sağalıb, 6 810 545 xəstənin müalicəsi davam edir.


Xatırladaq ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyənləşdirib. Martın 11-də koronavirus infeksiyasının yayılması pandemiya elan edilib.

Xəbər lenti

Çox oxunanlar