Təxminən çoxmərtəbəli bir binanın ölçüsündə potensial təhlükəli 2011 ES4 asteroidi Yerə yaxınlaşacaq.
Bu barədə NASA-nın saytında bildirilib.
Məlumata əsasən, asteroidin Yerə yaxınlaşması sentyabrın 1-də saat 20:12-də gözlənilir.
Bildirilib, səma cisminin ölçüləri 22 ilə 49 metr arasındadır. Planetə təxminən 120 min kilometr məsafədə yaxınlaşacaq - bu, Yerdən Aya olan məsafədən təxminən 3,2 dəfə azdır.
Asteroidin uçuş sürəti saniyədə təxminən yeddi-səkkiz metr olacaq.