Xəzər Xəbər

Kim Çendən ŞOK QƏRAR: Yaxınlaşanı vurun

Dünya | 18:55 • 29 Avqust 2020
Kim Çendən ŞOK QƏRAR: Yaxınlaşanı vurun

Amansızlığı ilə tanınan Şimali Koreya lideri Kim Çen In ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün dəhşətli qərar verib.


Kim Çen In ölkə sərhədlərinə 1 kilometrdən çox yaxınlaşan hər kəsi vurmağı əmr edib.


Çin sərhədi yaxınlığında yaşayan bölgə sakinlərinin sözlərinə görə, Kim Çen Inın əmri koronavirus epidemiyası bitənə qədər qüvvədə olacaq.


Polis bölgə xalqına bildirib ki, koronavirus ölkəmizdən başqa dünyanın hər yerinə yayılıb: "Düşmən virusu sərhədimizdən keçirməyə çalışacaq”.


Şimali Koreya ötən aya qədər ölkədə koronavirus olmadığını iddia edirdi. Lakin keçən ay ölkəyə Cənubi Koreyadan gələn şəxsdə virus aşkarlanıb./Teleqraf.com

Xəbər lenti

Çox oxunanlar