Xəzər Xəbər

Argentina karantin müddətini yenidən uzadır

Dünya | 17:16 • 29 Avqust 2020
Argentina karantin müddətini yenidən uzadır

Argentina Prezidenti Alberto Fernandes ölkədə karantin rejiminin müddətinin daha 3 həftə - sentyabrın 20-dək uzadılması barədə elan edib.


Martın 20-dən başlayaraq 162 gün davam edən təcriddən sonra sosial yorğunluğu dərk edən Alberto Fernandes mətbuat konfransında iştirak etməməyi üstün tutub və təcrid müddətinin yenidən – artıq 11-ci dəfə uzadılmasını bildirəndə "karantin” terminindən istifadə etməyib.


Karantin rejimi müddətinin uzadılması barədə qərarın verilməsinə səbəb ölkədə son 3 gündə COVID-19-a gündəlik yoluxanların sayının 10 mini keçməsi, son 24 saat ərzində tarixi rekordun – 11.717 yeni yoluxma faktının qeydə alınması olub.


Hazırkı dövrədək Argentinada 392.009 yoluxma və 8.271 ölüm halı qeydə alınıb./AZƏRTAC

Xəbər lenti

Çox oxunanlar