Xəzər Xəbər

İstanbulda bəzi qadağalar yenidən qüvvəyə minir

Dünya | 17:02 • 29 Avqust 2020
İstanbulda bəzi qadağalar yenidən qüvvəyə minir

Son zamanlar Türkiyə ərazisində COVID-19-a yoluxma və ölüm hallarının kəskin artması səbəbindən ölkənin bir sıra vilayətlərində olduğu kimi İstanbulda da bəzi qadağalar yenidən qüvvəyə minir.


İstanbul valiliyindən verilən son açıqlamaya görə, şəhərdə qapalı məkanlarda toy, nişan, ad günü kimi mərasimlərin keçirilməsi qadağan olunub. Açıq havada keçiriləcək şənliklərdə isə bir sıra qadağalar tətbiq olunacaq. Bu qadağalara qonaqların məkanın üçdə birini doldurması, rəqs edilməməsi, yaxın təmasda olmaması da daxildir. Qadağalar çərçivəsində bəy və gəlinin birinci dərəcəli qohumları istisna olmaqla yaşı 65-dən yuxarı olanların iştirak etməsinə icazə verilməyəcək, digər qonaqların sosial məsafə qaydaları çərçivəsində hərəkət etməsi nəzərdə tutulur.


Bu qadağalar avqustun 31-dən etibarən qüvvəyə minəcək./AZƏRTAC

Xəbər lenti

Çox oxunanlar