Xəzər Xəbər

İspaniya ikinci dalğanın ən pis həftəsini yeni antirekordla bağlayır

Dünya | 16:45 • 29 Avqust 2020
İspaniya ikinci dalğanın ən pis həftəsini yeni antirekordla bağlayır

İspaniyada bu cümə günü koronavirusun ikinci dalğasının ən pis həftəsi qeydə alınıb.


Daha çox yoluxma halları Aralıq dənizi sahilində (Kataloniya istisna olmaqla) və Kanar adalarında, eləcə də Madriddə aşkar edilir, eyni zamanda, son iki ayda ən pis dövrləri yaşayan Araqon kimi icmalarda vəziyyətin sabitləşməsi davam edir.


Bu həftənin cümə günü İspaniyada 9779 yoluxma halı qeydə alınıb, nəticədə həftəlik artım 34 minə yaxın olub.


Son 14 gün ərzində bütün İspaniya üzrə yoluxma halları artmaqdadır və artıq 100 000 sakinə 190 yoluxma halı təşkil edir. Bu isə Avropa İttifaqında ən yüksək göstəricidir./AZƏRTAC

Xəbər lenti