Xəzər Xəbər

Ermənistanda koronavirusdan ölənlərin sayı 870-i ötdü

Dünya | 13:58 • 29 Avqust 2020
Ermənistanda koronavirusdan ölənlərin sayı 870-i ötdü

Ermənistanda daha 175 nəfərdə koronavirus aşkarlanıb.


Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 43 626-ya yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 872-yə çatıb. İndiyədək 37 563 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 4 925 aktiv koronavirus xəstəsi var.

Xəbər lenti

Çox oxunanlar