Rusiyada son bir gündə daha 4 941 nəfərə COVID-19 diaqnozu qoyulub.
Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 985 346 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 111 nəfər artaraq 17 025-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 804 383 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 677 nəfər.