Xəzər Xəbər

Luiziana ştatında fövqəladə vəziyyət tətbiq edildi

Dünya | 11:10 • 29 Avqust 2020
Luiziana ştatında fövqəladə vəziyyət tətbiq edildi

ABŞ Prezidenti Donald Tramp Laura tropik qasırğasının vurduğu Luiziana ştatında fövqəladə vəziyyətin tətbiq olunmasını təsdiqləyib.


Ağ Evin mətbuat xidməti xəbər verir ki, dövlət başçısı qasırğadan zərər çəkmiş bölgələrdə bərpa işlərini aparmaq üçün yerli qurumların səylərinə dəstək olaraq federal səviyyədə yardım göstərilməsi barədə tapşırıq verib.


Xatırladaq ki, son günlər Meksika körfəzi tərəfindən ABŞ ərazisinə daxil olan və son ilin ən dağıdıcısı hesab edilən Laura tropik qasırğası sahəsində küləyin sürəti 240 km/saatadək artıb. Buna görə 4-cü güc dərəcəsi ilə dəyərləndirilən qasırğaya bir qədər sonra 2-ci dərəcə verilib.


Son məlumata görə, qasırğanın törətdiyi fəsadlar nəticəsində ABŞ-da 14 nəfər ölüb.

Xəbər lenti

Çox oxunanlar