Xəzər Xəbər

Türkiyə Hərbi Hava Qüvvələri 6 yunan qırıcısını ələ keçirdi

Dünya | 10:52 • 29 Avqust 2020
Türkiyə Hərbi Hava Qüvvələri 6 yunan qırıcısını ələ keçirdi

Türkiyə Aralıq dənizi üzərində Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus altı F-16 qırıcısını ələ keçirib.


XəzərXəbər TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.


"Avqustun 27-də Yunanıstana məxsus altı F-16 təyyarəsi Kritdən Kipr Respublikasına doğru yola çıxaraq, Türkiyənin beynəlxalq NAVTEX bildiriş verdiyi bölgəyə yaxınlaşıb. F-16 qırıcılarımız onların bu bölgəyə yaxınlaşmalarının qarşısını aldı və bölgəni tərk etməyə məcbur etdi" - deyə məlumatda bildirilir.


Müdafiə Nazirliyi əlavə edib ki, Türkiyə Silahlı Qüvvələri Şərqi Aralıq dənizində ölkənin hüquq və mənafelərini qorumağa davam edəcək./report

Xəbər lenti

Çox oxunanlar