Xəzər Xəbər

Rusiya COVID-19 peyvəndini ilk dəfə BU ÖLKƏYƏ SATDI

Dünya | 10:40 • 29 Avqust 2020
Rusiya COVID-19 peyvəndini ilk dəfə

Rusiyanın hazırladığı "Sputnik V" koronavirus peyvəndinin klinik sınaqlarına sentyabrda başlanılacaq.


Bu barədə Belarus Səhiyyə Nazirliyi açıqlama yayıb.


Şərqi Avropa ölkəsindən verilən açıqlamada Rusiya və Belarus mütəxəssislərinin bu mövzuda fəal əməkdaşlıq etdiyi bəyan edilib:


"Belarus tərəfi artıq klinik sınaqların harada aparılacağını müəyyənləşdirdi və hazırda sınaqların milli və beynəlxalq qaydalara uyğun olaraq aparılması ilə bağlı texniki məsələlərə aydınlıq gətirir".


Qeyd edək ki, Belarus Rusiyanın hazırladığı peyvənddən istifadə edən ilk ölkə olacaq./Publika.az

Xəbər lenti

Çox oxunanlar