Xəzər Xəbər

Misir polisi “Müsəlman qardaşları” təşkilatının liderini həbs edib

Dünya | 16:01 • 28 Avqust 2020
Misir polisi “Müsəlman qardaşları” təşkilatının liderini həbs edib

Misir polisi axtarışda olan və uzun müddətdir Qahirədə gizlənən "Müsəlman qardaşları” təşkilatının lideri Mahmud İzzəti həbs edib.


Bu barədə Misirin Daxili İşlər Nazirliyi məlumat yayıb.


Məlumatda qeyd olunub ki, 76 yaşlı M.İzzətin gizləndiyi mənzildən dövlət əleyhinə planların olduğu sənədlər, kompüter və mobil telefon götürülüb. O, 2013-cü il 30 iyun inqilabından sonra "Müsəlman qardaşları”nın silahlı dəstələrini təşkil edən şəxs kimi uzun müddət axtarışda olub. Misir prokurorluğu həbs olunan şəxsi 5 il əvvəl Baş prokuror Hişam Bərəkətə sui-qəsd təşkil etməkdə, ordu generalları Vəid Tahon və Adil Rəcayın qətlə yetirilməsində, digər ağır cinayətlərin törədilməsində ittiham edir.


Misirdə terror təşkilatı elan edilmiş "Müsəlman qardaşları”nın lideri, həmçinin ötən il Qahirədə Onkologiya İnstitutunun önündə 20 mülki şəxsin həlak olması ilə nəticələnmiş partlayışı təşkil etməkdə ittiham olunur. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar