Xəzər Xəbər

Liviyada koronavirusla bağlı vəziyyət nəzarətdən çıxır

Dünya | 15:38 • 28 Avqust 2020
Liviyada koronavirusla bağlı vəziyyət nəzarətdən çıxır

Liviyada yeni növ koronavirus pandemiyası ilə bağlı vəziyyət nəzarətdən çıxır, yoluxanların sayı durmadan artır.


XəzərXəbər qafqazinfo-ya istinadən xəbər verir ki, bunu cümə axşamı günü Rabatda BMT-nin Liviya üzrə xüsusi təmsilçisi vəzifəsini icra edən Stefani Uilyams deyib.


"Liviya dəhşətli iqtisadi böhranla üzləşib, münaqişələr indi mərkəzi Liviyanı, o cümlədən 130 min dinc sakinin təhlükə altında olduğu Sirt regionunu təhdid edir", - "Magreeb Arabe Press" onun sözlərini sitat gətirir.


"Üstəlik, koronavirus pandemiyası ilə bağlı vəziyyət, xüsusilə də ölkənin cənubunda yoluxma sayının durmadan artması nəzərə alınmaqla, nəzarətdən çıxır", - emissar deyib.



Rəsmi məlumatlara görə, Liviyada 12 minə yaxın koronavirusa yoluxma halı qeydə alınıb. 200-dən çox xəstə dünyasını dəyişib, 1 150-dən çox insan sağalıb.

Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024