Xəzər Xəbər

Tramp Təhlükəsizlik naziri postuna onun namizədliyini irəli sürmək niyyətindədir

Dünya | 15:05 • 28 Avqust 2020
Tramp Təhlükəsizlik naziri postuna onun namizədliyini irəli sürmək niyyətindədir

Prezident Donald Tramp Daxili Təhlükəsizlik naziri postuna Çed Vulfun namizədliyini irəli sürmək istəyi barədə ABŞ Konqresi Senatına rəsmi bildiriş göndərib.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, müvafiq bildiriş Ağ evin mətbuat xidməti tərəfindən yayımlanıb.


Avqustun 25-də Donald Tramp bu planı barədə özünün "Twitter” səhifəsində məlumat vermişdi.


Qeyd edək ki, Çed Vulf 2019-cu il noyabrın 13-dən Daxili Təhlükəsizlik naziri səlahiyyətlərini icra edir. Ağ evin bildirişində bu qurumun ABŞ Federal Hökumətində böyüklüyünə görə üçüncü olduğu vurğulanır. Çed Vulf indiyə qədər həmin nazirlikdə daha kiçik vəzifələrdə çalışıb, buna qədər isə Konqres aparatından keçdiyi fərdi sektorda 11 il işləyib. O, ABŞ hakimiyyətinin icra qanadının Donald Trampa ən loyal nümayəndəsi reputasiyasını qazanıb.

Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024