Xəzər Xəbər

111 gün ECMO cihazına qoşulu olan koronavirus xəstəsi sağalıb

Dünya | 14:47 • 28 Avqust 2020
111 gün ECMO cihazına qoşulu olan koronavirus xəstəsi sağalıb

Çində yeni növ koronavirusa (COVID-19) yoluxmuş və müalicə dövründə 111 gün ekstrakorporal membran oksigenasiya (ECMO) cihazına qoşulu qalan 62 yaşlı kişi sağalaraq evə buraxılıb.


Yanvarın sonlarında Çinin cənubundakı Quancou şəhərində virusa yoluxmuş pasiyentin vəziyyəti pisləşdiyi üçün fevralın 9-da ECMO cihazına qoşulub. Yüksək qan təzyiqi və yuxu apnesi kimi digər xəstəliklərdən əziyyət çəkən həmin şəxs 111 gün ECMO cihazanın köməyi ilə həyatda qala bilib.


Qeyd edək ki, ECMO aparatı müvəqqəti olaraq ağciyərlərin funksiyasını yerinə yetirməklə qanı oksigenlə təmin edir. Həmin avadanlıqdan ağır sətəlcəm şəraitində nəfəs almağa çətinlik çəkən xəstələri müalicə üçün istifadə olunur. Vəziyyəti olduqca ağır olan bəzi COVID-19 xəstələri də ECMO cihazına qoşulur. (AZƏRTAC)

Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024