Xəzər Xəbər

Avropa ölkələri karantin qaydalarını sərtləşdirməkdə davam edir

Dünya | 14:19 • 28 Avqust 2020
Avropa ölkələri karantin qaydalarını sərtləşdirməkdə davam edir

Avropa ölkələri koronavirus pandemiyası ilə əlaqədar karantin qaydalarını sərtləşdirməkdə davam edir.


Fransada maska taxmaq məcburiyyəti paytaxt Parisin bütün ərazisinə şamil olunub. Bundan əvvəl, bu zərurət paytaxtın bəzi ərazilərinə aid edilirdi. Ötən gün Fransada 6 111 yoluxma qeydə alınıb ki, bu da mart ayından sonra qeydə alınan ən yüksək göstərici olub.


İspaniyada 6 yaşdan böyük uşaqlarda məktəbdə maska taxmaq tələb olunur.


Almaniya hökuməti vətəndaşları "yüksək riskli” hesab olunan ölkələrə səfər etməməyə çağırıb. Bundan başqa, ölkə ərazisində kütləvi tədbirlərin keçirilməsinə qoyulan qadağa ilin sonunadək uzadılıb. Almaniyanın bəzi federal torpaqlarında maska taxmamağa görə 50 avro cərimə tətbiq olunur.


Böyük Britaniyada da bəzi karantin bölgələrində orta məktəb şagirdlərinə məktəbdə maska taxmaq tapşırılıb./Trend

Xəbər lenti

Çox oxunanlar