Xəzər Xəbər

Nazarbayev Nüvə silahlarının azaldılması Sammitinin Qazaxıstanda keçirilməsini təklif edib

Dünya | 15:39 • 27 Avqust 2020
Nazarbayev Nüvə silahlarının azaldılması Sammitinin Qazaxıstanda keçirilməsini təklif edib

Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev Nüvə silahlarının azaldılması Sammitinin Qazaxıstanda keçirilməsini təklif edib.


Nursultan Nazarbayev ABŞ, Rusiya, Çin və Avropa İttifaqı arasında nüvə silahlarının mərhələli olaraq ixtisarına dair razılaşmanın hazırlanması üzrə danışıqların aparılması təşəbbüsünü irəli sürüb.


Nazarbayev bildirib ki, dünyanın nəhəng dövlətlərinin liderləri planetin gələcəyi üçün xüsusi məsuliyyət daşıyırlar.


Xatırladaq ki, N. Nazarbayev BMT-də "Nüvə sınaqlarından azad dünya uğrunda çempion” statusuna layiq görülüb.


Məlumat üçün bildirək ki, Nursultan Nazarbayevin təşəbbüsü ilə 1991-ci ildə avqustun 29-da Qazaxıstanda yerləşən Semipalatinsk nüvə sınaq poliqonunu bağlanıb.

Xəbər lenti